• Tərxunlu limonad resepti

Reseptin məlumatları Baxış sayı: 11 662

Tarix : 24-11-2016, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 dəstə tərxun;
1 ədəd laym;
1 st şəkər tozu;
800 ml qazlı su və ya mineral su;
1 st sadə su.

Hazırlanması:
1. İlk olaraq tərxunun yarpaqları təmizlənir. Tərxun həvəngdəstədə 1 xörək qaşığı şəkər tozu ilə əzilir.
2. Daha sonra bir qazana tərxun, qalan şəkər tozu və 1 stəkan su ilə zəif odda qaynama həddinədək qızdırılır. Soyuduqdan sonra blenderdən keçirilib süzülür.
3. Laymın şirəsi sıxılır. (Laym yoxdursa, limonla əvəz etmək olar. Rənginin şəffaf olması üçün tərxun bol, limon isə az götürülməlidir.) Laym şirəsi tərxun şirəsi ilə qarışdırılır. Alınan şirə soyuq qazlı su və ya mineral su ilə qarışdırılır.

Nuş olsun!
Etiketlər: tərxun, şirəsi, şəkər, qarışdırılır, sonra, mineral, qazlı, yoxdursa, sıxılır, limonla, süzülür, keçirilib, Laymın, olması, götürülməlidir, Alınan, soyuq, limon, blenderdən, Rənginin
BİZİ İZLƏYİN