• Evdə hazırlanan limonad resepti

Reseptin məlumatları Baxış sayı: 21 756

Tarix : 28-11-2016, 16:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 ədəd limon
2 su stəkanı toz şəkər
5 su stəkanı içməli su
1/2 dəstə nanə
1 su stəkanı qırıq buz

Hazırlanması:
Qeyd:Toz şəkəri, rəndələnilmiş limon qabığı və limonlarla birlikdə olduqca uzun müddət yoğursanız limonad aroması və fərahlığını artıracaq.

Hazırlanması:
Bol suda yuduğunuz limon qabıqlarını rəndənin qalın tərəfi ilə rəndələyin. Ağ qisimlərinin qarışmamasına diqqət edin.

Qabığı rəndələnilmiş dörd ədəd limonu ortadan ikiyə bölün və suyunu sıxın. Qalan limonları kiçik parçalar halında dilimləyin.

Toz şəkər və təzə sıxılmış limon suyunu qarışdırın. Rəndələnilmiş limon qabıqlarını, limon parçaları və təmizlədiyiniz nanə yarpaqlarının yarısını da əlavə etdikdən sonra şəkər tamamilə əriyib, bütün limonları suyu çıxana qədər yoğurun.

Özünün çıxması üçün bu qarışığı tel bir süzgəc köməyi ilə geniş ağızlı bir dolçaya süzün ..

İçməli suyu və qalan nanə yarpaqlarını əlavə etdikdən sonra limonadı soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: limon, stəkanı, şəkər, rəndələnilmiş, suyunu, sonra, etdikdən, limonları, Hazırlanması, qabıqlarını, əlavə, çıxana, tamamilə, əriyib, bütün, təmizlədiyiniz, qarışdırın, sıxılmış, Rəndələnilmiş, parçaları
BİZİ İZLƏYİN