• Çiyələk limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 14 939

Tarix : 8-08-2014, 23:50

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (3 l hazır limonad):
0,5 l hazır şərbət
6 limon
2,5 l su
3 st. çiyələk

Hazırlanması:
Limonları sıxın, şirəsini süzün, sedrasını xırda doğrayın.

Suya limon şirəsi, sedra, zövqə görə şərbət (qaynayan suya qənd atıb əridin - 1:2 nisbətində) əlavə edin, yaxşı qarışdırıb bir qədər saxlayın.

Çiyələyin bir neçəsini bəzək üçün saxlayıb qalanını çəngəllə əzin, hazır qarışığa əlavə edin.

Qarışığı cunadan süzüb soyuducuda bir neçə saat saxlayın.

Stəkanlara süzün, içinə buz parçaları atıb, kənarlarına çiyələk və nanə yarpaqları qoyaraq süfrəyə verin.

Nuş olsun!
Etiketlər: hazır, saxlayın, süzün, çiyələk, limon, əlavə, şərbət, süzüb, cunadan, Qarışığı, qalanını, saxlayıb, soyuducuda, çəngəllə, qarışığa, parçaları, süfrəyə, verin, olsun, qoyaraq
BİZİ İZLƏYİN