• Badam südü resepti

Reseptin məlumatları Baxış sayı: 5 442

Tarix : 11-05-2017, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çiy badam – 1 stəkan
İçməli su – 4 stəkan ( 2 stəkanla daha qatı, 4 stəkanla isə az qatı olur)
Toz darçın
Dad qatmaq üçün bal, bəkməz

Hazırlanması:
Badamları axşamdan suya qoyun. Səhər badamların suyunu süzüb su ilə birlikdə mikserdən 2 dəqiqə boyunca keçirdirik. Bir qabın ağzına tənzifi yerləşdirib qarışımı tənzifdən süzürük. Tənzifi təmiz sıxın ki, maye tam süzülsün. Mikseri yuduqdan sonra yenidən badam südünü mikserə əlavə edin və üzərinə darçını, balı və ya bəkməzi əlavə edib yenidən qarışdırın. Hazırladığınız badam südünü soyuducuda 3 gün saxlaya bilərsiniz. Bu müddət ərzində badam südünüz təzə qalacaq.

Nuş olsun!
Etiketlər: badam, südünü, yenidən, stəkanla, stəkan, əlavə, mikserə, sonra, süzülsün, təmiz, sıxın, üzərinə, Mikseri, yuduqdan, bəkməzi, müddət, ərzində, südünüz, qalacaq, bilərsiniz
BİZİ İZLƏYİN