• Reyhan şərbəti resepti

Reseptin məlumatları Baxış sayı: 4 559

Tarix : 21-05-2017, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 dəstə reyhan
1 limonun suyu
1,5 stəkan şəkər tozu
2 litr isti su

Hazırlanması:
1. Reyhanı yuyub, süzün. Bütün dəstəni qazana qoyun.

2. Reyhanın üzərinə limon suyu və şəkər tozunu əlavə edin.

3. Qaynar suyu qazana əlavə edin. Şəkər tozunun qazan dibində yığılıb qalmaması üçün 1-2 dəfə qarışdırın. Şərbət halına gələnə kimi qaynadın. Daha sonra otaq temperaturunda 1 - 1,5 saat saxlayın. Qazanın qapağını mütləq qoyun.

4. Şərbət otaq temperaturunda soyuduqdan sonra tənzifdən süzərək dolçaya (sürahiyə) tökün.

5. Soyuducuda soyutduqdan sonra buz əlavə edib, reyhan yarpaqları ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, qoyun, temperaturunda, şəkər, qazana, Şərbət, reyhan, soyuduqdan, mütləq, saxlayın, qaynadın, tənzifdən, Qazanın, qapağını, sürahiyə, yarpaqları, bəzəyib, süfrəyə, verin
BİZİ İZLƏYİN