• Tərxun limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 17 536

Tarix : 21-08-2014, 11:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q tərxun
2 laym
şəkər tozu - zövqə görə
1,5 l qazlı mineral su

Hazırlanması:
Tərxunu xırda doğrayın (blenderdə də xırdalaya bilərsiniz).

Laymı nazik dilimlərə doğrayın. Tərxunu və laymı həvəngdəstəyə qoyun, üstünə şəkər tozu səpin (məsələn 4 x.q.), döyün. 15 dəqiqə saxlayın.

0,5 l su töküb 30-40 dəqiqə saxlayın. Sonra süzün, suyun qalanını əlavə edin.

İstəyə görə süfrəyə buz parçaları ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğrayın, saxlayın, bilərsiniz, dəqiqə, şəkər, Tərxunu, olsun, parçaları, döyün, məsələn, üstünə, səpin, süfrəyə, töküb, suyun, qalanını, süzün, qoyun, İstəyə, Sonra
BİZİ İZLƏYİN