Bu içkini doğranmış buzla süfrəyə vermək daha məsləhətlidir. Susuzluğu yatırır, gümrahlaşdırır.
Tərkibi:1,5 kq qarpız ləti
200 ml zəncəfilli şərbət
4-5 limon
2 laym
buz
Hazırlanması:Limon və laymdan təxminən 250 ml şirə sıxın.
Qarpızı blenderdə xırdalayıb cunadan süzün. 750 ml şirə alınmalıdır.
Qarpız və limon şirələrini qarışdırın. Zəncəfil şərbətini əlavə edib qarışdırın. Yaxşıca soyudun.
Stəkanlara süzün, buz parçaları əlavə edin.
Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, limon, süzün, Qarpız, blenderdə, alınmalıdır, xırdalayıb, cunadan, şirələrini, Zəncəfil, parçaları, olsun, Stəkanlara, soyudun, şərbətini, Yaxşıca, Qarpızı, təxminən, məsləhətlidir