• Kökəlmək istəyənlər üçün MƏSLƏHƏT

Reseptin məlumatları Baxış sayı: 3 919

Tarix : 17-11-2017, 20:00

Bölmə : Kökəlmə sirləri


Dünyada köklükdən əziyyət çəkənlər olduğu kimi, həddən artıq arıq olduğu üçün 4-5 kilo kökəlmək istəyənlər də var. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Çünki onlar nə qədər yağlı, karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər.
Orqanizm normal çəkini ala bilmirsə, deməli əsaslı səbəb var. Güclü əsəb pozğunluğu yaşanırsa, stressli haldadırsa, zəhərli zob, qurd və s. bu kimi hallar varsa, öncə bu fəsadları aradan qaldırmaq lazımdı. Çünki bu problemlər aradan qalxmasa, nə qədər qida yeyilsə belə yenə də problem yaşanacaq. Müalicə etdikdə zamanla orqanizm öz çəkisini alacaq. Bəzən insanlar bol kalorili, zülallı qidalar gecə-gündüz demədən yeyirlər. Lakin bu doğru variant deyil. Çünki gecə yağlı piti, xaş, yaxud mədə dolu olsun deyə digər qidalar yeyilərsə, bütün gecəni mədə işləyəcək, insan da dərin yuxu ala bilməyəcək. Bu da birbaşa sinir sistemini sıradan çıxaran vərdişlərə gətirib çıxarır. Aşağıdakı qidalar normal kökəlmə üçün sizə yardımçı olacaq:

Çərəzlər
Təzə pendir
Banan
Vineqret salatı
Üzüm
Günəbaxan tumu
Bağayarpağı
Gülxətmi dəmləməsi
Biyan kökü
Qarğıdalı
Noxud
Bal, arı mumu
Doşab
Xurma
Gilas
Armud
Etiketlər: qidalar, Çünki, aradan, qədər, yağlı, normal, olduğu, zülallı, gecəni, sıradan, işləyəcək, insan, birbaşa, bilməyəcək, sistemini, dərin, sinir, bütün, doğru, variant
BİZİ İZLƏYİN