• Körpə biskviti ilə kökəlmə

Reseptin məlumatları Baxış sayı: 26 646

Tarix : 2-06-2015, 12:00

Bölmə : Kökəlmə sirləri


Əziz xanımlar, aranızda arıqlamaq istəyənlərlə yanaşı, kökəlmək arzusunda olanlar da var. Bir çox qadın bir ay ərzində bir neçə kq kökəlməyə çalışsa da, çox zaman buna nail olmur. Mən sizə həm sağlam bir şəkildə, həm də əziyyətsiz kökəldən resept təqdim edirəm. Bu, həm də çox sadədi.
Axşamlar yatmazdan öncə tox qarına 2 kasa böyüklüyündəki bir qaba isti süd (qaynar olmasın) töküb, içinə 15-20 ədəd körpə biskviti əlavə edin. 1 çay qaşığı da bəkməz, ya da bal qatın.

Bu resepti 3 ay fasiləsiz hər axşam etməklə 4 kq, 3 ayda orta hesabla 10-12 kq kökələnlər var. 45 kq-dan bir qram arta bilməyən bir xanımın çəkisi hazırda 56 kq-dır.
Amma bunu qəti olaraq fasiləsiz və toxqarına, yatmazdan əvvəl yeyib yatmalısınız. Əsla bir zərəri yoxdur. Çünki körpə biskviti karbohidrat və liflərlə zəngin bəsləyici qidadır.
Etiketlər: körpə, fasiləsiz, yatmazdan, biskviti, etməklə, hesabla, bilməyən, axşam, kökələnlər, əlavə, bəkməz, qatın, resepti, xanımın, qaşığı, hazırda, karbohidrat, Çünki, liflərlə, zəngin
BİZİ İZLƏYİN