• Portağal limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 21 254

Tarix : 16-04-2015, 23:00

Bölmə : Kompotlar / İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
4 portağal
9-10 l su
700 q şəkər tozu
1 limon və ya bir qədər limon duzu

Hazırlanması:
Portağalları yuyun, üzərindən qaynar su axıdın. 12, yaxud 24 saat dondurucuda saxlayın. Buzlayarkən portağalın acı dadı itir.
Portağalı dondurucudan çıxarandan sonra üzərindən qaynar su axıdın ki, yumşalsın və doğramaq asan olsun.
Hər portağalı 6-8 yerə bölün.
Qabığı ilə birlikdə ət maşınından keçirin.
Bunun üzərinə 3 l qaynanmış, yaxud filtrdən keçirilmiş soyuq su əlavə edib 15 dəqiqə saxlayın.
15 dəqiqə sonra cunadan, yaxud xırda gözlü ələkdən süzün. 6-7 l su, 700 q şəkər tozu və bir qədər limon duzu əlavə edin. Limon duzu yerinə 1 limonun şirəsini əlavə edə bilərsiniz.
Limonadı 1 saat saxlayın ki, dadı və rəngi gözəl olsun.
Portağal "jmıx"ından isə mürəbbə bişirə bilərsiniz: şəkər tozu, azca limon duzu əlavə edin, qaynara düşəndən sonra 15-25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, limon, sonra, saxlayın, dəqiqə, olsun, yaxud, şəkər, bilərsiniz, axıdın, qaynar, qədər, üzərindən, limonun, cunadan, yerinə, süzün, gözlü, xırda, ələkdən
BİZİ İZLƏYİN