• Gilas kompotu resepti

Reseptin məlumatları Baxış sayı: 23 628

Tarix : 12-06-2014, 16:49

Bölmə : Kompotlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Gilas 250 q
Şəkər 120 q
Şərab 20 q
Limon turşusu 0,8 q
Su 4 stəkan

Hazırlanması:
Gilas meyvələri yuyulub, çəyirdəyi təmizlənir. Suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-8 dəqiqəyə qədər bişirilir.
Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır.
Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.
Zərif gilas sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, meyvələr, Gilas, sortlarından, gilas, kompot, hazırladıqda, meyvə, Zərif, saxlayırlar, qablara, qatıb, tökür, soyuq, yerdə, qaynayan, olsun, saxlanılır, halda
BİZİ İZLƏYİN