• Qızılbalıq və tomatlı pasta - Luminoso resepti

Reseptin məlumatları Baxış sayı: 11 662

Tarix : 27-09-2016, 14:00

Bölmə : Makaron yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Makaron – 400 q
Qızılbalıq filesi – 500 q
Reyhan – 1 dəstə
Pomidor – 1-2 ədəd
Zeytun yağı – 2 x.q
Sarımsaq – 2 diş

Hazırlanması:
Makaronları qablaşdırmadakı təlimatlara dəqiq riayət edərək duzlu suda qaynadın. Dərin tavada zeytun yağını qızdırıb doğradığınız sarımsağı qızardın. Üzərinə xırda kub şəklində doğranmış pomidorları əlavə edib 10 dəqiqə “üzənə” qədər pörtlədin. Kub şəklində (2smx2sm) doğranmış qızılbalığı ehtiyatla tavaya qoyun. Duzlayın, istiotlayın. 10 dəqiqə də pörtlədin. Sonda cəfəri, yaxud reyhan töküb səliqə ilə marakaronlarla qarışdırın. Pasta süfrəyə isti verilməlidir!

Nuş olsun!
Etiketlər: dəqiqə, pörtlədin, şəklində, doğranmış, qızılbalığı, tavaya, 2smx2sm, ehtiyatla, qədər, pomidorları, əlavə, qoyun, istiotlayın, qarışdırın, marakaronlarla, Pasta, süfrəyə, verilməlidir, səliqə
BİZİ İZLƏYİN