• Necə edək ki, qabaran keks çökməsin? - MƏSLƏHƏT

Reseptin məlumatları Baxış sayı: 5 894

Tarix : 2-12-2017, 20:00

Bölmə : Məsləhətlər


Keks hər nə qədər asan və qısa zamanda hazırlanan bir ləzzətli qida olaraq bilinsə də, nəticəsi həmişə uğurlu alınmaya bilər. Sobadaykən yaxşı köpmüş və möhtəşəm görünən keksinizə yenidən açıb baxarkən çökə bilər. Ancaq asan yollarla əhvalınızı korlayan bu halın qarşısını ala bilərsiniz. Ləzzətli və yaxşı köpən kekslər bişirmək istəyirsinizsə, təqdim edilən məsləhətinə əməl edin.

Keksinizi sobadan çökmüş şəkildə çıxartmaq istəmirsinizsə, keks bişirərkən yumurtanın ağını ayırın. İstifadə edəcəyiniz şəkər tozunun yarısını köpüklənənə qədər yumurtanın ağı ilə çalın. Qalan yarısını isə sarısı ilə çalın. Köpük halındakı yumurtanı bütün ərzaqları əlavə etdikdən sonra qarışdıraraq qaba tökün.

Hazırladığınız keks xəmirini qaba töküb, sobaya qoymazdan əvvəl təxminən 20 dəqiqə kənarda saxlayın.
Etiketlər: köpmüş, yumurtanın, yaxşı, çalın, yarısını, qədər, bilər, köpüklənənə, sarısı, halındakı, Köpük, Qalan, şəkər, ağını, bişirərkən, istəmirsinizsə, ayırın, İstifadə, yumurtanı, edəcəyiniz, tozunun
BİZİ İZLƏYİN