• Çiy əti yuyursunuzsa, mütləq oxuyun!

Reseptin məlumatları Baxış sayı: 4 577

Tarix : 1-12-2017, 22:00

Bölmə : Məsləhətlər


Çiy ət yuyulmalıdır? Xarab süd xəstəlik yaradır?
Qida standartları agenti mütəxəssis Adam Hargrave qida təhlükəsizliyi ilə bağlı sualları cavablandırıb.

Mütəxəssisin cavablarını təqdim edirik.

Bir neçə gün saxlanmış suyu içmək olar?
Mütəxəssis deyir ki, su soyuducuda saxlanmalı və 2 gün ərzində içilməlidir.

Xarab südü içmək olar? İçilərsə, insanı xəstə edər?
Xarab südü içmək olmaz, çünki tərkibində mikroblar ola bilər. Ancaq qaynatdığınız zaman mikroblar ölür.

Bir neçə saat çöldə saxlanılan əti yemək olar?
Ət bişirildikdən sonra 2 saat ərzində, əgər hava çox istidirsə, 1 saatdan sonra yeyilməlidir. Soyuduqdan sonra soyuducuya qoymaq lazımdır. Qidaları soyuducuya qoymaqla zərərli bakteriyaların böyüməsini əngəlləyə bilərsiniz.

Çiy ət yuyulmalıdır?
Çiy əti yumaq məsləhət görülmür, çünki əti yuduğunuzda üzərindəki mikroblar əllərinizə, geyimləriniz və mətbəx əşyalarınıza bulaşa bilər.
Etiketlər: mikroblar, içmək, sonra, Xarab, ərzində, çünki, soyuducuya, yuyulmalıdır, bilər, lazımdır, qoymaq, Qidaları, qoymaqla, zərərli, xəstəlik, Soyuduqdan, yaradır, bişirildikdən, istidirsə, saatdan
BİZİ İZLƏYİN