• Müxtəlif ölkələrdə qəhvənin hazırlanma qaydaları

Reseptin məlumatları Baxış sayı: 2 293

Tarix : 5-02-2018, 20:00

Bölmə : Məsləhətlər


Təzə dəmlənmiş qəhvənin təkrarolunmaz qoxusunu və bu ecazkar içkini sözlə ifadə etmək mümkün deyil. Dunyada milyonlarla insanın səhəri qəhvə ilə başlayır. Hər bir ölkənin də özünə məxsus qəhvə hazırlama sirri var.

1. Yumurtalı qəhvə (Vyetnam). Reseptin əsısında yumurta sarısı, qatılaşdırılmış süd və qaynar qəhvə təşkil edir.

2. Lapland qəhvəsi (Finlandiya). Fincana ilk öncə Lapland pendiri, sonra isə qəhvə əlavə olunur.

3. Romasayağı espresso (İtaliya). Espresso limon dilimi ilə hazırlanır. Həm də qəhvəni içməzdən əvvəl, limon dilimini fincanin yan hissısində ya da dibində əzmək lazımdır.

4. Laqrima (Argentina). Süd köpüyünə bir iki damcı tünd qəhvə əlavə olunur. Sadə dillə desək, bu qəhvəli süddür.

5. Bonbon (İspaniya). Qatılaşdırılmış südlü espresso. Adi südü qatılaşdırılmış südlə qarışdıraraq “leche y leche” adlı içki əldə edilir.

6. Ədviyyatlı qəhvə (Mərakeş). Küncüt tumları, qara istiot, muskat qozu, qəhvə dənləri üyüdülür və nəticədə tünd içki əldə edilir.

7. Çaylı qəhvə (Hong Kong). Qəhvə ilə südlü çayın qarışımı birinci qurtumdan təsirləndirir. Qarışımı hazırlamaq üçün 4 paket qara çay, istiot, qatılaşdırılmış süd və iki qaşəq qəhvə tələb olunur.

8. Frappe (Yunanıstan). Qəhvə, dondurma, süd və buzlu su dadlı frappenin tərkib hissələridir.

9. Farisey (Almaniya). Bu içkini Almaniyada ailə yiğınacaqlarında alkoqolun mövcudluğunu ört bastır etmək üçün icad ediblər. Bol qaymaq qatının altında münasib porsiyada rom “gizlədilir”.

10. Touba (Seneqal). Qəhvə bişirildiyi zaman «gvineya istiotu» əlavə olunur. Qəhvə özü adi filtr olunmuş vəziyyətdə hazırlanır.

11. Sarımsaqlı və ballı qəhvə (Türkiyə). Türkiyədə çox məhşur qəhvə növüdür. Bu qəhvənin başqa adı “Qoca Mavrın Resepti”dir.

12. Portağallı qəhvə (Yamayka). Yamayka ilk növbədə rom ilə tanınır. Təəcüblü deyil ki qəhvəni hazirlayan zaman bu tünd alkoqollu içki əlavə olunur.
Etiketlər: qəhvə, olunur, əlavə, Qəhvə, qatılaşdırılmış, espresso, südlü, qəhvəni, zaman, Lapland, edilir, qəhvənin, içkini, istiot, hazırlanır, Yamayka, etmək, deyil, limon, tərkib
BİZİ İZLƏYİN