• Zeytun yağı seçimində buraxdığımız 5 SƏHV

Reseptin məlumatları Baxış sayı: 5 290

Tarix : 23-08-2018, 20:00

Bölmə : Məsləhətlər


Zeytun yağının ən böyük düşməni oksigen və günəş şüasıdır.

Qablaşdırma
Zeytun yağının ən böyük düşməni oksigen və günəş şüasıdır. Plastik və ya şüşə qablarda satılan zeytun yağını almağı qəti surətdə məsləhət görmür. Çünki yağ günəş şüası və hava ilə təmasda olubsa, artıq onun dadında da acılıq əmələ gələcək. Ən keyfiyyətli zeytun yağını seçib almaq istəyirsinizsə, o zaman rəfdən tünd yaşıl və ya tünd qəhvəyi şüşədə olanı götürün. Əmin olun ki, əlində tutduğunuz həmin yağ ən doğru seçimdir.

Saxlama şəraiti
Zeytun yağının öz faydalı təsirlərini uzun müddət qorumasını istəyirsinizsə, onu mütləq qaranlıq və quru yerdə saxlamaq lazımdır. Qaz plitəsinin yanına və ya pəncərə qırağına qoymaq olmaz! Bu halda yağın qoxusu və keyfiyyəti azalacaq, yeməklərdə acı dadı hiss olunacaq.

Rəngi
Yağın rəngi ilə onun keyfiyyətini ölçmək heç də doğru deyil. Çünki yağın rəngi zeytunun yığılma və sıxılma vaxtında görə dəyişə bilər. Zeytun yağı açıq yaşıldan tünd qızılı rəngə kimi ola bilər.

İstifadəsi
Əgər yeməyiniz 180°C dərəcədən yuxarı temperaturda bişəcəksə, o zaman zeytun yağını ya hazır xörəyə əlavə edin, ya da salatlara. Onu qaynar yeməklər üçün tavaya tökmək məsləhət deyil.

Yararlılıq müddəti
Müasir kosmetologiyada üz və bədən dərisinin təmizlənməsi üçün zeytun yağından çox istifadə edilir. Dietoloqlar ondan təkcə qidalanmada deyil, özünəqulluqda da istifadə etməyi tövsiyə edirlər. Amma rəfdə uzun müddət qalmış şüşədəki yağ heç də təzə olmaya bilər və bu, sizin sağlamlığınıza ciddi zərər vurar. Qeyd edək ki, zeytun yağının cəmi 12 ay yararlılıq müddəti var, ondan artıq istifadə düzgün deyil.

süfrem.az
Etiketlər: zeytun, Zeytun, yağının, deyil, bilər, yağını, istifadə, günəş, doğru, müddət, müddəti, yağın, zaman, istəyirsinizsə, ondan, Çünki, artıq, oksigen, düşməni, böyük
BİZİ İZLƏYİN