• Səməni cücərtməyin ən asan üsulu

Reseptin məlumatları Baxış sayı: 9 928

Tarix : 10-03-2018, 18:30

Bölmə : Məsləhətlər


Bütün marketlərdə, bazarlarda səməniyə rast gəlmək olur. Biz də çox asanlıqla onu alırıq və evimizə gətiririk. Axı onu evdə cücərtməyin, səbirsizliklə böyüməsini gözləməyin həzzi bir ayrı aləmdir. Bu iş çox sadədir! Elə isə gəlin bu dəfəki bayram üçün özümüz səməni cücərdək, ailə üzvlərimizi, ən əsası da uşaqlarımızı sevindirək!

Səməni nə zaman qoyulmalıdır?
Səməni ilk 2 çərşənbədən sonra – Novruz bayramına 10 gün qalmış qoyulsa kifayətdir.

Səməni nəyin rəmzidir?
Səməni yaşıllığın və bolluğun rəmzidir. Adətlərə görə, cücərdilən səməninin sıx və yaşıl olması ilimizin bol ruzi-bərəkətli olacağına işarədir.

Səməni üçün nələr lazımdır?
Buğda (bəziləri arpa da istifadə edir) – 0,5 kq.
Su
Tənzif

Necə hazırlanır?
Buğdaları (və ya arpanı) yaxşıca yuyuruq, tənfizin içinə tökürük. Onun ağzını bağlayıb, 24 saat suda saxlayırıq.
Sonra sudan çıxarırıq, istədiyimiz qabın (formanın) içinə səliqə ilə səpirik. Otaq temperaturunda saxlayırıq ki, rişə atsın.
Buğda qurumasın deyə üzərinə tənzif örtürük və tənzifin üzərindən səmənimizə hər gün su səpirik.
Cücərti bir qədər böyüdükdən sonra (təxminən 3-4 sm.) tənzif götürülür və hər gün azca sulanır.

süfrem.az
Etiketlər: Səməni, sonra, tənzif, səpirik, rəmzidir, Buğda, saxlayırıq, içinə, yaxşıca, ağzını, yuyuruq, tənfizin, arpanı, tökürük, hazırlanır, nələr, işarədir, olacağına, bərəkətli, lazımdır
BİZİ İZLƏYİN