• Mətbəxdə lazım olacaq 5 sirr

Reseptin məlumatları Baxış sayı: 2 110

Tarix : 11-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Mətbəxdə əlin yanması qaçılmazdır. Bu zaman yanan yerə yumurtanın ağını çəkmək lazımdır ki, həm ağrını götürsün, həm də tez sağaltsın. Yumurta ağı çəkilən yerdə sonradan heç bir iz qalmır.

Bilirik ki, süd çox tez xarab olan məhsullardandır. Amma onun ömrünü bir müddət də olsa uzatmaq olar: içinə sadəcə bir çimdik duz atmaqla...

Taxta və plastik lövhələrdəki ləkələr bütün evdar qadınları narahat edir. Onun həlli isə çox sadə imiş! Sadəcə limon - onu iki hissəyə bölürük və çirkli səthi silirik. 20 dəqiqə gözləyib, sonra lövhəni yuyuruq.

Qazlı suları açırıq, içirik və butulkada qalanı soyuducuya qoyuruq. Amma burada kiçik yanlışlığa yol veririk. Butulkanı düz qoymaq olmaz, başıaşağı yerləşdirmək lazımdır ki, qazı qaçmasın.

Kartof qızartması - heç kəsin imtina edə bilməyəcəyi ləziz və asan yemək! İndi hamı onun daha da dadlı olması, xırçıtılı qızarması yollarını axtarır. Daha bir tövsiyə də bizdən gəlsin. Kartofları doğrayıb tavaya tökməzdən öncə azca unlaya bilərsiniz. Bu zaman onlar yaxşı qızaracaq və xırçıltılı olacaq.

süfrem.az
Etiketlər: lazımdır, zaman, Butulkanı, başıaşağı, olmaz, yerləşdirmək, qoymaq, qaçmasın, imtina, kəsin, qızartması, Kartof, veririk, kiçik, butulkada, içirik, açırıq, suları, qalanı, soyuducuya
BİZİ İZLƏYİN