• Balığı necə dadlı edək? Ustad aşpaz Oruc Əliyevdən sirlər

Reseptin məlumatları Baxış sayı: 2 999

Tarix : 21-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Qədim İrəvan mətbəxinin bilicisi Oruc usta balıqdan hazırlanan 70-dən çox reseptin müəllifidir. Göyçə gölündə olan Xan balığı, qızıl ala balıqdan inanılmaz dadda olan yeməklər tezliklə işıq üzü görəcək “İrəvan mətbəximiz” adlı kitabda yer alıb.

Balıq ətindən təamları daha dadlı etmək üçün onu öz sirləri var. Və bu sirlər sadə olduğu qədər də maraqlıdır:

Balıq turşu sevəndir. Xanımlar çalışsınlar, müxtəlif meyvələrdən hazırlanmış: ərik, alça, nar, hətta almadan olan palçıq turşudan istifadə etsinlər;

Mən çox vaxt balıq üçün bu tərkibdə yaxmac hazırlayıram. Buna müasir kulinariyada marinad deyilər. Yəni balığı xüsusi qarışıqda basdırma etmək lazımdır, bu ona xüsusi ləziz dad verəcək: ərinmiş kərə yağına duz, istiot, sarıkök, meyvə turşusu, narça qatıb qarışdırırıq, xama kimi kütlə alınır. Bu kütləni balığın içinə, üzərinə yaxa bilərsiz. Balıq bir neçə saat sərin yerdə saxlanılır. Sonra istəyirsiz sobada bişirin, istəyirsiz qızardın, istəyirsiz içini doldurun, fərqi yoxdur. Belə yaxmacdan balıq əti çox dadlı olur.

süfrem.az
Etiketlər: Balıq, istəyirsiz, dadlı, balığı, xüsusi, etmək, balıqdan, balıq, sarıkök, istiot, meyvə, qatıb, yağına, narça, turşusu, lazımdır, deyilər, marinad, kulinariyada, müasir
BİZİ İZLƏYİN