• Xörək duzu əvəzinə, dəniz duzu.....?! Aşpazların sevimli duzu!

Reseptin məlumatları Baxış sayı: 3 687

Tarix : 23-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Yeməklərinizə dəniz duzu qatın!
Dəniz duzunu dəniz suyunun buxarlandırılması nəticəsində əldə edirlər. Adətən bunu sənaye baxımından yox, təbii üsulla edirlər. Dəniz suyu filtrdən keçirilir, rezervuarda hava və günəşin təsiri ilə buxarlanır və duz qalır. Bu duzu həm həkimlər, həm kulinarlar xörək duzundan daha faydalı hesab edirlər. Aşpazlar deyir ki, dəniz duzunun teksturası və dadı daha zərifdir və yeməyin dadını kobud dəyişmir. Bahalı restoranlarda yeməklərə dəniz duzu qatıldığını vurğulayıb, yeməyin daha organik olduğu təəssüratı yaradırlar.

Qurmanlar əmindir ki, dəniz duzu qatılmış yeməklərin ətri, dadı bir ayrı olur. Bunu ilk başda siz hiss etməyə bilərsiz. Ona görə bir yeməkdən 2 cür bişirin: birinə adi duz, digərinə dəniz duzu qatın. Və ailə üzvlərinizə heç bir söz demədən, bu yeməkləri daddırın. Əgər hansı yeməyin dadlı olduğunu desələr və həmin yeməyin də dəniz duzu ilə hazırlandığını bilsəniz, deməli həqiqətən də dəniz duzu ilə yeməklər dadlı olur. Yox əgər fərqi hiss etməsələr, o zaman adi duzdan bahalı olan dəniz duzunu alıb istifadə etməyə dəyməz.

Dəniz duzu narın olmur: kristalları kifayət qədər iridir. Daha iri kristalları makaron, düyü, şorba və s. sulu yeməklərdə, xırda duzu isə salatlara, tərəvəzlərə qatırlar.

Dəniz duzunun faydaları:
Qrip, soyuqdəymə, infeksiya, burun tutulmasında;
Diareya, hərarət, bədənin həddən artıq maye itkisində kompot, qaynar suya qatılıb içilir;
Angina, boğaz iltihabı, bronxitdə qarqara olunur, inqalasiya edilir;
Ostexondrozda tənzifə batırılıb qoyulur;
Dırnaq, saç möhkəmləndirir;
Sakitləşdirici xüsusiyyətinə görə vanna edilir;
Səpki, civzə, iltihablı dəridə compress olunur;
Bədən dərisinə skrab əvəzi çəkilir;
Stress, depressiya, yuxusuzluğa müsbət təsir edir.

süfrem.az
Etiketlər: dəniz, yeməyin, Dəniz, edirlər, edilir, duzunun, etməyə, olunur, dadlı, kristalları, qatın, duzunu, Diareya, tutulmasında, infeksiya, burun, qaynar, kompot, bədənin, soyuqdəymə
BİZİ İZLƏYİN