• Xurmanın faydası ilə yanaşı, zərərləri də varmış... Şoka düşəcəyiniz 7 fakt!

Reseptin məlumatları Baxış sayı: 11 871

Tarix : 25-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Məhəmməd peyğəmbərin sevimli təamlarından və Quranda adı 28 dəfə çəkilən xurma Ramazan gəlincə süfrələrdə bol olur. Əslində xurmanı təkcə orucluq ərəfəsində yemək düzgün deyil. Onu hər gün qəbul etmək lazımdır, çünki 6-7 xurma orqanizmin sutkalıq mineral və enerji tələbatını ödəyir. İndi hamı xurmanın faydalarından danışacaq. Amma onun bir neçə qeyri-adi və hətta zərərli tərəfləri də var ki, bunları bilməyiniz vacibdir:

Qutularda olan, satışa verilən xurma sənaye işlənməsindən keçirilir və üzəri boz rəngdə olan dioksid ilə örtülmüş olur ki, o uzun müddət qalsın. Bu toksiki maddədir. Ona görə, quru xurma və xüsusən qutuda olan xurmaların üzərində şəffaf boz çalarlı qaza bənzər maddə görsəniz, üzərində ağ ərp, hisəbənzər şəffaf örtük olan xurmanı qəti yeməyin. Əgər yemək istəyirsizsə, onu 10-15 dəqiqə isti suda saxlayın. Əks təqdirdə bu maddə qida borusu və mədə divarını zədələyər.
Yaşlı, oturaq işdə çalışan, həmçinin zəif insanlar hər gün 7 xurmadan artıq yeməsələr, daha yaxşıdır. Maksimum 10 xurma gündəlik normadır.

Xurmanı mütləq isti çay və ya su ilə qəbul etmək lazımdır. Çünki xurmada olan qlükoza, şəkər və turşu qələvi maddələri dişləri dərhal sıradan çıxarır. Hətta peyğəmbərlər də xurmanı mütləq su ilə qəbul edərdilər. Deməli, səbəbi bilirlərmiş…
Xurma çox gec həzm olunur. Mədə xorası, mədə turşuluğu, yarası olanlar xurmanın qabığını soyub yeməlidirlər. Xurma yalnız səhərlər qəbul olunmalıdır. Axşamlar xurma yemək olmaz.
Şəkər xəstələri olan insanlara (istənilən dərəcədə) xurma olmaz. Xurma qanda şəkəri artırır. Miqreni, kəskin baş ağrısı olan insanlar xurma ilə ehtiyatlı olmalıdır. Xurmanı yedikdən sonra dərhal aktiv hərəkətdə olmalısız. Əks təqdirdə xurma miqreni artırır.

süfrem.az
Etiketlər: xurma, qəbul, Xurma, yemək, xurmanı, üzərində, lazımdır, etmək, şəffaf, xurmanın, insanlar, olmaz, artırır, dərhal, mütləq, Xurmanı, maddə, təqdirdə, peyğəmbərlər, edərdilər
BİZİ İZLƏYİN