• Mətbəx mikserləri haqqında öyrənək

Reseptin məlumatları Baxış sayı: 2 366

Tarix : 30-01-2019, 10:00

Bölmə : Məsləhətlər


Mikser mətbəx üçün əvəzolunmaz qurğudur, xüsusən də əgər Siz evdə bişirməni sevirsinizsə. Sadəliyinə baxmayaraq, bu cihazlar qarışdırmanın keyfiyyət və sürətinə təsir edəcək bir sıra xüsusiyyətlərə malikdir. Məhz elə buna görə də, bu texnikanın seçiminə diqqətlə yanaşmaq lazımdır.

Mətbəx mikserlərinin növləri
İki əsas növ mikser vardır - əl ilə işləyən və stasionar. Hər iki növün iş prinsipi eynidir, lakin eyni zamanda hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Əl ilə işləyən mikserləri mütəmadi olaraq əldə saxlamaq lazım gəlir, lakin, buna baxmayaraq siz qarışdırma üçün konkret olaraq müəyyən edilmiş qaba bağlı olmursunuz. Stasionar cihazlar konstruksiyaları baxımından daha mürəkkəbdirlər. Üçüncü növ – quraşdırılmış növdür, bu cihazlarda əsas hissəni dayaqdan ayırmaq imkanı vardır.

Mikseri necə seçməli?
Seçimin əsas meyarlarından biri gücüdür, məhz güc cihazın mühüm parametridir. Əl ilə işləyən modellərdə işin rahat görülməsi üçün 200-300Vt kifayət edir, lakin stasionar və quraşdırılmış modellərdə təxminən 200-300Vt tələb olunur. Aşağıdakı parametrləri də nəzərə almaq vacibdir:
sürət sayı;
başlıq dəsti;
fincanın həcmi və materialı;
istifadədə rahatlıq.
Etiketlər: lakin, işləyən, eləcə, vardır, quraşdırılmış, malikdir, xüsusiyyətlərə, stasionar, cihazlar, baxmayaraq, olaraq, zamanda, modellərdə, 300Vt, sürət, başlıq, dəsti, həcmi, istifadədə, materialı
BİZİ İZLƏYİN