İnsan sağlamlığı qidanın düzgün saxlanmasından asılıdır. Düzgün seçilmiş soyuducu nəinki sizin rahatlıq və sağlamlığınızı təmin edəcək, həm də mətbəxinizə yaraşıq verəcək,axı böyük ölçülü gözəl və dəbli məişət texnikasına diqqət yetirməmək mümkün deyil.
Yeni soyuducunu necə almaq olar?
Bu kateqoriyaya aid olan malları aşağıdakı qeydlərə əsasən müqayisə etmək olar:
istehsalçıdan və istifadə göstəricilərindən asılı olan qiymət;
ölçü və həcm: kiçik ölçülü modellər mehmanxanalarda, ofislərdə, bağ evlərində quraşdırılır, lakin geniş mətbəxə sahib olduqda isə böyük ailələr üçün nəzərdə tutulan,daha çox qida məhsulunun yerləşdirilməsi mümkün olan, daha böyük qabaritli variantı
seçmək olar;
dondurucu bölmələrin yerləşdirilməsi - əsasən aşağıda daha böyük həcmə malik kamera yerləşdirilir;
donun açılması sisteminə əsasən (damcı, No Frost, Full No Frost);
kompressorun növünə əsasən: xətti qoşulur və sönür, invertor isə lazım olan temperatur dərəcəsini saxlayaraq, gücü azaldır
səs dərəcəsinə;
zəmanət müddətinə əsasən;
əlavə imkanların mövcudluğuna əsasən: super soyutma, super dondurma, elektrik enerjisinə qənaət edən “Məzuniyyət” rejimi;
quraşdırılma variantına əsasən (quraşdırılan və ayrıca qoyulan modellər mövcuddur).
Etiketlər: əsasən, böyük, ölçülü, Frost, yerləşdirilməsi, modellər, super, mümkün, sisteminə, açılması, donun, yerləşdirilir, damcı, ayrıca, xətti, növünə, quraşdırılan, kompressorun, kamera, qoyulan