• Qarpızı qışa saxlamağın üsulu

Reseptin məlumatları Baxış sayı: 3 133

Tarix : 13-04-2019, 10:00

Bölmə : Məsləhətlər


Qarpız sərinləşdirici meyvə olmaqla yanaşı, həm də insan orqnizmi üçün çoxlu faydaları var.

Qarpız su, fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Bu və bir neçə xeyri olan meyvəni təkcə yayda yox, həmçinin qışda da yemək istəyənlər əlbəttə ki, tapılar.

Elə bu yazımız məhz həmin şəxslər üçündür. Sizə qarpızın qışa saxlamağın üsulunu təqdim edirik:

Belə ki, qışa saxlamaq istədiyiniz qarpızda əzik, çat və ya hər hansı xəsarət olmamalıdır. Yoxsa istədiyinizi əldə edə bilməyəcəksiniz.

Çox böyük qarpız seçməyiniz məsləhət deyil. Qarpızın çox yetişmiş olmaması və qabığının qalın, çəkisinin isə 4 kq, olması idealdır.

Qarpızı qışa qədər saxlamağın bu üsulu Hindistanda daha çox yayılıb.

Qarpızı qışa qədər saxlamaq üçün onu parafin yağı və ya şamla əhatə edirsiniz. Bu iki maddə qarpızı xarici faktorlardan və nəm itkisindən qoruyur.

Qarpızı qışa saxlamağın üsulu

Necə etmək lazımır?
Quru dəsmal ilə qarpızı silin. Parafin yağı və ya şamı su hovuzu üsulu ilə əridin.

Biraz soyumağını gözlədikdən sonra qarpızın üst hissəsini 0.5 sm qalınlığında bu maddə ilə örtün. Donub sərtləşməsi üçün gözləyin.

Örtdüyünüz qarpızı içində saman və ya qəzet kağızları ilə dolu qutuya qoyub üstünü örtün.

Qaranlıq, sərin və quru yerdə saxlayın.

Qarpızın üzərində hər hansı çat və ya iz olub olmadığına nəzarət edin.

Qarpızı qışa saxlamağın üsulu
Etiketlər: qarpızı, Qarpızı, qarpızın, saxlamağın, insanlara, çəkən, saxlamaq, Qarpızın, maddə, örtün, üsulu, qədər, əziyyət, Qarpız, hansı, insan, təbii, meyvə, olmaqla, əhatə
BİZİ İZLƏYİN