• Ləzzətli cupcakelər üçün nələrə diqqət etməlisiz?

Reseptin məlumatları Baxış sayı: 2 072

Tarix : 1-05-2019, 10:00

Bölmə : Məsləhətlər


• Ərzaqları otaq temperaturunda qalandan sonra istifadə etməlisiz. Çünki isti ərzaqlar soyuq ərzaqlarla birləşdikdə yaxşı qarışmır və xəmir sərt olur. Kərə yağına da diqqət edin. Çox bərk olarsa qarışımda əriməsi üçün çoxlu qarışdırmalısız.

•Xəmiri çox qarışdırmamalısız. Tez və çox qarışdırmağınız onun yaxşı həll olacağı mənasına gəlməz. Keksin içində olan hava yox olur və beləcə şirniyyatınız da sərt olur.

•Eyni ölçüdə xəmir istifadə etməlisiz. Normal keksdə bütün xəmiri 1 qaba tökərkən burada 6+ qaba bölürük. Əgər bir qabda az xəmir, digərində çox olarsa cupcakeləriniz fərqli olacaq. Bunun üçün hamısına eyni qaşıqla və eyni ölçüdə xəmir tökməlisiz.

•Sobanın istiliyinə diqqət etməlisiz. Hər reseptlərdə yazdığımız kimi burada da sobanın öncəsən isidilməsi önəmlidir. Əks halda keksiniz qabarmayacaq. Və mütləq sobanın orta gözündə bişirməlisiz.

•Soyumaq üçün qabda saxlamayın. Mütləq çıxardıb otaq şəraitində soyudun. Əgər cupcake qabında qalarsa qabın istiliyindən yavaş yavaş bişməyə başlayacaq və quruyacaq.

•Kreminə daha çox diqqət göstərin. Bol istifadə etməkdən çəkinməyin. Onlara ləzzət verən məhz kremdir.

•Kremi həmin dəqiqə vurmayın. Soyumasın mütləq gözləyin. İsti cupcakelərin üzərinə soyuq kremi qoysaz əriyib ortaya xoşagəlməz görüntü çıxardacaq.

•Ən sonda isə cupcakeləri soyuducuya qoyun soyumasını gözləyin. Beləcə krem quru yox yumuşaq olacaq.
Etiketlər: xəmir, diqqət, istifadə, etməlisiz, ölçüdə, olarsa, gözləyin, burada, qabda, yavaş, olacaq, mütləq, sobanın, yaxşı, soyuq, •Kreminə, quruyacaq, başlayacaq, göstərin, bişməyə
BİZİ İZLƏYİN