Mətbəxdə istifadə etdiyiniz bıçaqların əllərinizi kəsməsini istəmirsinizsə, bu alətlərlə istifadə qaydalarına bələd olmalısınız. Bütün ərzaqları eyni bıçaqla deyil, hər qidaya uyğun alətlə doğramalısınız.
Doğrama taxtasıÜzərində iş görəcəyiniz doğrama taxtası, hazırlandığı material vacib amillərdəndir. Taxta və plastic doğrama taxtalarından istyifadə etməyiniz məsləhətdir. Şüşə, metal və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza ziyan verir.
İtilənmiş bıçaqlarİti bıçaqlardan qorxmayın. Çünki bu bıçaqlarla hansısa ərzaqları doğrayarkən istifadə etdiyiniz enerji minimum olur. Küt bıçaqlar isə əksinə, güc tətbiq etdiyiniz üçün əllərinizin kəsilməsinə səbəb olar.
Doğrama üsullarıMətbəxdə iş görərkən, əllərinizin kəsilməsinə səbəb olan amillərdən ən birincisi yalnış doğrama texnikasıdır. Düzgün doğramaq üçün barmaqlarınızı aşağı doğru əyin və baş barmağınızın kəsilməməsi üçün ehtiyatlı olun.
Bıçaq seçimiBıçaqları seçərkən sizə lazım olanını götürün. Bu alətləri alanda, mümkün olduğu əlinizə uyğun olub-olmadığını yoxlamaq üçün, nəisə doğrayın.
Hər ərzağın öz bıçağıMüxtəlif qidalar üçün ən doğru bıçağı seçin.
Bıçaqların yuyulmasıBıçaqlarınızı çirkli suya qoymayın. Kəskin bıçaqlara qabyuyan maye vuranda, sürüşkən olacaq və əlləriniz üçün təhlükəli alətə çevriləcək. bıçaqları istifadə etdikdən dərhal sonra yuyun, qurulayın.
Yerə düşməsinİş görərkən bıçağın yerə düşməsindən ehtiyat edin. Çünki bıçaqlar yerə dik formada düşürlər və ayağınızı zədələyə bilərlər.
Bıçaq doğrama alətidirBıçaqlarla taxtanın üzərinə yapışıb qalmış ərzaqları götürmək üçün istifadə etməyin. Bu hal bıçağın korşalmasına səbəb olur.
Etiketlər: doğrama, istifadə, ərzaqları, səbəb, etdiyiniz, bıçaqlar, taxtası, bıçağın, görərkən, əllərinizin, Çünki, bıçağı, uyğun, kəsilməsinə, Doğrama, Mətbəxdə, Bıçaq, doğru, Bıçaqların, seçin