• Qatıq resepti

Reseptin məlumatları Baxış sayı: 65 042

Tarix : 12-09-2015, 17:00

Bölmə : Məsləhətlər


Tərkib:
Təzə süd: 1 lit
Qatıq: 1 qaşıq (mayalanmaq üçün)

Hazırlanması:
Evdə qatıq çalmaq çox asanddır. Pastorizə süddən istifadə etmirsinizsə əvvəlcə südü süzün. Südü süzmək üçün əsasən bir neçə dəfə qatlanmış tənzifdən istifadə edilir.

Süd süzüldükdən sonra əvvəlcə südü qaynadın. Süd qaynamağa başladıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə havada sovuraraq, qarışdıraraq bişirin. Süd bu şəkildə bişirildiyi təqdirdə, qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar.

Bişən südü sonra bir qaba tökün. Bunun üçün polad, və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta temperaturda olduqda (ılıq) olduqda südü mayalayırıq.

Maya necə hazırlanır?
Maya hazırlamaq üsulu çox asanddır. Hər litr südə bir xörək qaşığı qatıq əlavə edin və qarışdırın. Qatığın (mayanın) südə asan qarışması üçün qatığı əvvəlcədən başqa qabda südə qarışdırıb o şəkildə qabdakı südə qarışdırmaq olar.

Südə maya qarışdırarkən südün səthindəki qaymağı toxunub pozmamağa çalışın. Südü dibindən ehtiyatla qarışdırın. Bu zaman hazır məhsulun üzərində ləzzətli qaymaq təbəqəsi meydana gəlir. Südün yağlılığından asılı olaraq qaymaq təbəqəsinin rəngi sarımtıl olur.

Mayanı qarışdırdıqdan sonra qatıq çalınacqa olan qabın qapağını örtün. Bu zaman qabın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın hər tərəfini parça ilə bürüyün. Süd sürətlə deyil, yavaş – yavaş soyumalıdır. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır. Temperaturunun sürətlə dəyişməməsi, yavaş – yavaş dəyişməsi üçün qabı yaxşı izolyasiya etmek lazımdır.

Mayalanma zamanı südün temperaturu da çox vacibdir. Çünki süd çox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.

Mayalanıb hazır olan qatığı, özünü tutması üçün biraz soyuducuda gözlətmək məsləhətdir. Soyuducuda gözlədilməsə, qatıq biraz turş olar.

Qatıq uzun müddət qaldıqda üzərinə su yığılır. Qatığın içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan ayran hazırlayarkən də istifadə oluna bilər. Qatıq suyunu duzlayaraq pendirin uzun müddət saxlanmasında da istifadə etmək olar.

Nuş olsun!
Etiketlər: qatıq, yavaş, sonra, istifadə, Qatığın, Qatıq, qarışdırın, verin, şəkildə, qaşığı, ləzzətli, qatığı, olduqda, qaymaq, lazımdır, biraz, müddət, sürətlə, qapağını, hazır
BİZİ İZLƏYİN