• Xəmir işləri ilə bağlı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 21 319

Tarix : 20-09-2015, 15:00

Bölmə : Məsləhətlər


**Xəmiri acıtmaq istədikdə yaş və ya quru maya olmağından aslı olmayaraq həmişə şəkər tozundan istifadə edin. Şəkər tozu mayalanmanı tezləşdirir.

**Mayanı həmişə isti su və ya süd ilə hazırlayın.

**Qabartma tozu və soda istifadə edəcəksinizsə bunları una qarışdırıb istifadə edin.

**Mayalı xəmiri kiçik kündələr edərək istifadə edin. Kündələrə ayırdığınızda daha cox qabarır.

**Keks hazırladıqda içinə 3-4 yemək qaşığı su əlavə etsəniz keksiniz daha yumuşaq olar.

**Xəmir işlərində təzə yumurtadan istifadə edin. Yumurtanı qırdığınızda sarısı dağılırsa deməli yumurta köhnədi.

**Xəmirin mayalanması üçün mütləq isti şərait lazımdır. Əgər şərait yoxdursa,onda son çarə olaraq xəmirinizi 40 dərəcə isidilmiş sobada saxlaya bilərsiniz.

**Sobadan börəyinizi götürdükdə altı bişməyibsə problem yoxdu. Börəyləri dilimlərə ayırın və geniş teflon tavaya yerləşdirib 2-3 dəqiqə aşağı istilikdə qazda bişirin. Yenidən sobada bişirmək istəsəniz börəyiniz quruyar.
Etiketlər: istifadə, şərait, həmişə, sobada, börəyinizi, xəmirinizi, olaraq, Sobadan, dərəcə, bilərsiniz, isidilmiş, saxlaya, lazımdır, yumurta, deməli, dağılırsa, köhnədi, Xəmirin, götürdükdə, mütləq
BİZİ İZLƏYİN