• Maraqlı mətbəx sirləri

Reseptin məlumatları Baxış sayı: 56 788

Tarix : 19-07-2014, 02:15

Bölmə : Məsləhətlər


Taxta lövhələri limonla silmək lazımdır. Bunun üçün limonu ikiyə bölüb, çirkli səthə çəkib, 20 dəqiqə gözləyin. Sonra lövhəni yaxalayaraq, istifadə edin.

Kartofların “cücərməsinin” qarşısını almaq istəyirsinizsə, onları saxladığınız yerə bir ədəd alma qoyun.

Limonu sıxmazdan əvvəl onu isti suda saxlamaq lazımdır. Bundan sonra o daha sulu olacaq.

Qaz sobasındakı ləkələri təmizləmək üçün ikiyə bölünmüş soğan ideal vasitədir.

Kartofların qızılı rəngdə qızarması üçün onları tavaya tökməzdən əvvəl üzərinə xəfif un səpə bilərsiniz.

Südün ömrünü uzatmaq üçün onun içinə bir çimdik duz atmaq yetərlidir.

Sobada qızardacağınız toyuğun nar kimi qırmızı olmasını istəyirsinizsə, limonu 2 yerə bölüb, yarısını toyuğun üzərinə yaxşıca sürtmək, digər yarısını isə toyuğun içərisinə yerləşdirmək lazımdır.

Soğan iyinin əlinizdə qalmaması üçün soymazdan əvvəl barmaqlarınızı bir neçə saniyə sirkədə saxlaya bilərsiniz.

Əgər süd yanıbsa, qabın üstünə nəmli ağ bez örtüb, 5 dəqiqə saxlayın. Südün yanıq qoxusu tamamilə itəcək.
Etiketlər: əvvəl, toyuğun, lazımdır, istəyirsinizsə, Kartofların, Südün, bilərsiniz, dəqiqə, yarısını, üzərinə, onları, limonu, ikiyə, bölüb, qoxusu, qırmızı, yanıq, sürtmək, yaxşıca, qızardacağınız
BİZİ İZLƏYİN