• Ev təmizləmənin 6 sirri

Reseptin məlumatları Baxış sayı: 14 264

Tarix : 1-09-2016, 15:00

Bölmə : Məsləhətlər


Birinci sirr: hər şeyi vaxtında.
Təmiz-həmişə çirklənən yox, həmin an yığışdırılıb-təmizlənən yerdir. istənilən "səliqəni pozan" təcili olaraq aradan qaldırılmalıdır. Xüsusən də bu divar kağızında, mebeldə, döşəmədə olan ləkə və ya çirkdirsə. Növbəti gün özündə qüvvə toplayıb "xüsusi vasitəni", məsələn, ləkəgötürəni işə salmaq lazımdır. Xalçada olan nəm torpaq ləkəsi istisna olmaqla. Yaxşı olardı ki, həmin nəm torpağın qurumasını gözləyəsiniz və sonra tozsoran vasitəsilə təmizləyəsiniz.

İkinci sirr: bütün dünyanın meyl etdiyi qayda
Evi təmizləməyə düzgün qaydada yanaşınİddialarınızla hərəkət etməyin-uduzarsınız. Bütün evi yığışdırmaq üçün yuxarı mərtəbədən başlayın, tədricən aşağı düşün və sonda zirzəmi. Otağı yığışdırarkən bu prinsiplərə əməl edin: tavandan hörümçək torunu və tozu alın, işıqlandırma cihazlarını və ventilyasiya çərçivələrini silin. Sonra pəncərə və divar kağızlarını, mebeli, qapıları və nəhayət yaşmaqları və döşəməni. Belə olan halda təmizlədiyiniz yerlərə toz qonmayacaqdır. Analoji olaraq güzgü və şüşələri də bu cür təmizləyirsiniz. Maye mütləq aşağıya doğru axacaqdır.

Üçüncü sirr: əvvəl quru, sonra yaş.
Otaqlarda pəncərə, divar və mebeli təmizləyərkən əvvəlcə tozunu alın, süpürün, silin və sonra təmizləyici maye vasitələrdən istifadə edin.

Dördüncü sirr: yumşaqdan bərkə doğru.
Yumşaq təmizləyici vasitələrin qeyri-əminliyinə dözərək cilalayıcı və təmizləyici məhlullara keçin. Hər hansı bir şeyi silərkən əvvəlcədən onun hansı materiallardan hazırlandığını düşünün ki, onları korlamayasınız. Mətbəx plitəsinin emalını metal sürtkəclə korlamaqdansa xırda ləkələri saxlamaq da olar.

Beşinci sirr: tələsmək lazım deyil
Zaman-müttəfiq. Arabir bir az səbirli olmaqla çirkabları tez və effektiv olaraq aradan qaldırmaq olur. Məsələn, plitəni (stol, soyuducu) təmizləmək üçün əvvəlcə ləkələr olan yerə təmizləyici maye çiləyir və digər işlərinizlə məşğul olmağa başlayırsınız. Bir neçə dəqiqədən sonra sizə yalnız həmin hissəni nəm süngərlə silmək kifayət edir.
Altıncı sirr: hər şey əl altındadır Silib-təmizləmə zamanı qoy əlinizin altında ən zəruri əşyalar olsun:
- rahat tutacaqlı böyük plastik vedrə
- kağız dəsmallar
- zibil yığmaq üçün kisələr
- tozun silinməsi üçün salfetlər
- yuyucu və təmizləyici vasitələr

YADDA SAXLAYIN
Çalışın işinizi həmişə belə həvəslə görün- Hər hansı bir vasitəni və əşyanı yeni tətbiq etməyə başlayarkən onu diqqət çəkməyən kiçik bir yerdə sınaqdan keçirin.
- Şəkil və elektron cihazları yuyarkən yuyucu vasitələri onların üstünə çiləməyin. Çünki böyük miqdarda yuyucu vasitənin şiddətitndən elektronika sıradan çıxa bilər, şəkilin üzündəki boyalar isə çatlayaraq keyfiyyətini itirə bilər. Bunun üçün salfetləri yüngülcə isladaraq işləri davam etdirmək lazımdır.
- Yuyucu vasitələri göstərilən təlimatdan kənara çıxaraq özünüzə görə qarışdırmayın. Belə kombinasiyalar çox təhlükəli ola bilər, məsələn, ammonyakla ağardıcı xlorun birləşməsindən zəhərli qaz əmələ gəlir.
- Əllərinizin yumşaq və gözəl görünməsini istəyirsinizsə, işləyərkən rezin əlcəklər geyinin.
Etiketlər: təmizləyici, sonra, divar, bilər, yuyucu, olaraq, həmin, hansı, məsələn, vasitəni, doğru, əvvəlcə, olmaqla, lazımdır, böyük, vasitələri, pəncərə, silin, həmişə, aradan
BİZİ İZLƏYİN