• Qadınlara faydalı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 12 827

Tarix : 2-09-2016, 10:00

Bölmə : Məsləhətlər


Kartof püresinə fərqli bir ətir vermək istəyirsinizsə, içinə bir az hindqozu atın.
Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.
Səhər yeməyi və ya çay saatı üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.
Evinizdəki bənövşələrin daha çox və gözəl çiçək açması üçün torpağına yumurta qabıqları qarışdırın.
Dirsək və topuqlarınızın sərtləşməsini istəmirsinizsə, bir dilim limonla ovuşdurun.
Ət yumşaq olsun deyə qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə bitkilərdən nazik-nazik doğrayaraq, ayrıca ləzzət qata bilərsiniz. Sonra ətə heç bir yağ vurmadan qızardın.
Bərk qatılaşmış qəhvə rəngli şəkəri təkrar yumşaltmaq üçün bir dilim çörək kifayətdir.
Şüşədə qalan şərabı dərhal atmayın, buz qəlibinə qoyaraq dondura bilər və sonra sous vəsaiti olaraq istifadə edə bilərsiniz.
Kartof barmaqlarınızdakı yemək ləkələrini çıxara bilər; çiy olaraq dilimləyib ləkələrin üzərinə sürtməniz və sonra da yaxalamağınız kifayətdir.
Soğanları işləyən bir ventilyatorun qarşısında kəssəniz gözləriniz yaşarmayacaq.
Şorbanız çox duzlu olsa, panika qaldırmayın.Qaynamaqda olan şorbanın içərisinə çiy kartof dilimləri atın və bişərkən çəkdikləri bütün duzla birlikdə zibilə atın, xilas oldunuz!
Etiketlər: sonra, qatın, olaraq, bilər, kifayətdir, dilim, Kartof, əlavə, bilərsiniz, içinə, istəyirsinizsə, nazik, şərabı, istifadə, barmaqlarınızdakı, dərhal, qəlibinə, vəsaiti, dondura, qoyaraq
BİZİ İZLƏYİN