• Göyərtilərin uzunmüddətli saxlanılması

Reseptin məlumatları Baxış sayı: 12 238

Tarix : 30-04-2017, 11:00

Bölmə : Məsləhətlər


Göyərtiləri çürümədən qurudub saxlamaq istəyirsinizsə, sərin, kölgəli və havalı yerlərdə başıaşağı asmaqla qurutmaq olar.

Kəklikotu, nanə kimi tez quruyan göyərtiləri pambıq parça üzərində qurutduqdan sonra təmiz qablara və ya materialı parçadan olan torbalara yığın. Bu üsulla göyərtiləri 6 ay sərin, kölgə və quru yerdə saxlamaq mümkündür.

Göyərtiləri dondurmaqla da saxlamaq olar. Məsələn tərxunu, keşnişi bir qaba qoyub üzərinə su tökün (su göyərtinin üzərinə çıxmalıdır) və soyuducunun buzluğunda saxlayın.

Reyhanı, keşnişi, tərxunu zeytun yağında da saxlamaq olar. Göyərtiləri yaxşıca yuyun, suyu çəkildikdən sonra bir qaba doldurun, üzərinə zeytun yağı tökün, sərin və kölgəli yerdə saxlayın.
Etiketlər: saxlamaq, sərin, Göyərtiləri, üzərinə, saxlayın, yerdə, göyərtiləri, sonra, keşnişi, tərxunu, kölgəli, tökün, zeytun, mümkündür, dondurmaqla, Məsələn, qoyub, soyuducunun, yuyun, çəkildikdən
BİZİ İZLƏYİN