• Çiçəklərin ömrünü uzadan üsullar

Reseptin məlumatları Baxış sayı: 10 993

Tarix : 5-09-2016, 10:00

Bölmə : Məsləhətlər


Çiçəklərin ömrü uzatmaq üçün aşağıdakıları yerinə yetirin. Həyat yoldaşınız, ya da ən çox sevdiyiniz dostunuzun xüsusi gündə hədiyyə etdiyi gül dəstəsini uzun müddət yaşatmaq istəyirsinizsə, bu qaydalara əməl edin.

1. Güllərin yetərli su ala bilməsi üçün güldan ya da gül qabının ən az dördə üçünü doldurun.

2. Gülləri ilıq suyun içinə qoyun. İlıq su gülləri rahatladır və canlandırır. İsti və soyuq isə gülləri öldürür.

3. Çiçək vitaminlərindən istifadə edin. Ancaq evdə güllər üçün vitamin yoxdursa, şəkərdən də istifadə edə bilərsiniz. Vitaminli suda güllər uzun müddət qalır.

4. Hər 5 gündən bir güllərin suyunu dəyişdirin. Güllər ilk günlər çoxlu su tələb edir. Buna görə də ilk günlər su səviyyəsini kontrol edin.

5. Güllərin budaqlarını təmizləyin və uclarında yaranan kif və yosunları təmziləyin. Bu güllərin daha uzun ömürlü olmasını təmin edir. Gülləri aldıqdan 2 gün sonra uclarını kəsin. 3-4 gündən sonra yenə kəsin. Gülün sapı 5 sm qalana qədər 1-2 gündən bir kəsməyə davam edin. Beləcə güllərin ömrünü 3 həftə uzada bilərsiniz.

6. Gülləri günəş şüalarının düşdüyü yerə qoymayın. Əslində, gülləri çox istini sevmir. Günəşin az düşdüyü işıq güllər üçün daha münasibdir.
Etiketlər: güllər, gülləri, Gülləri, gündən, güllərin, düşdüyü, Güllərin, kəsin, istifadə, günlər, sonra, müddət, bilərsiniz, ömürlü, təmziləyin, yosunları, olmasını, təmin, uclarını, yerinə
BİZİ İZLƏYİN