• Mikrodalğalı sobanın təmizlənməsi

Reseptin məlumatları Baxış sayı: 27 352

Tarix : 26-07-2014, 02:28

Bölmə : Məsləhətlər


Siz yağlı mikrodalğalı sobanızı təmizləmək üçün rahat və ucuz vasitə axtarırsınız?
O zaman sizin bununla bağlı bütün suallarınızın cavabı adicə bir limondadır.

Sobaya hopmuş yağla uzun müddət mübarizə artıq geridə qaldı. Dərhal limondan istifadə edin və məsələnin rahat həllini tapın.

İlk növbədə yarısı sıxılmış limonun şirəsini bir boşqab su ilə, təxmini 300 ml, qarışdırın. Sonra isə hazırladığınız məhlulu sobanın içərisinə qoyun və maksimal istilik dərəcəsinə çevirərək 5-10 dəqiqə saxlayın.

Nəticədə buxar sobanın divarlarındakı yağı əridəcək. Sonda isə limon təravəti hopmuş sobanı çay dəsmalı ilə qurulayın. Və budur həm problem həll olundu, həmdə sobanız təmizləndi.
Etiketlər: hopmuş, rahat, sobanın, dərəcəsinə, istilik, çevirərək, dəqiqə, boşqab, saxlayın, maksimal, qoyun, Sonra, təxmini, hazırladığınız, məhlulu, içərisinə, Nəticədə, qarışdırın, buxar, problem
BİZİ İZLƏYİN