• Yaddaşı zəif olanlara müjdə: dərdinizə çarə tapıldı

Reseptin məlumatları Baxış sayı: 11 394

Tarix : 26-01-2017, 11:00

Bölmə : Məsləhətlər


Araşdırmalar zamanı ən yaxşı antioksidan hesab edilən yaşıl çayın daha bir faydası da ortaya çıxıb.

Ürək-damar xəstəlikləri və xərçəngdən qorunmaqda çox böyük təsiri olduğu qeyd olunan yaşıl çay, həmçinin, beynin funksiyalarını da gücləndirir.

İsveçrəli elm adamlarının araşdırması zamanı yaşıl çayın həm beyin fəaliyyətinin gücləndirilməsi, həm də yaddaş zəifliyi yaşayan insanların müalicəsində istifadə edilə biləcəyi müəyyən olunub.

Araşdırmaya qatılanlar yaşlı çay içdikdən sonra onların beyin fəaliyyətləri incələnib. Yaşıl çay içdikdən sona həmin insanların beynində parietal və ön prefrontal kortek bölümləri arasında əlaqənin gücləndiyi və bunun insanların yaddaşının güclənməsinə təsir etdiyini göstərib. Yaşıl çayın çox istifadə edilməsi ürək və xərçəng xəstəlikləri riskini azaldır.

Yaşıl çay eyni zamanda diş ətlərinə qoruyucu təsir göstərir, aşağı təzyiq, halsızlıq, yorğunluq kimi problemlərə faydalıdır.
Etiketlər: insanların, Yaşıl, yaşıl, çayın, xəstəlikləri, içdikdən, beyin, təsir, istifadə, zamanı, əlaqənin, arasında, onların, sonra, gücləndiyi, bölümləri, kortek, bunun, beynində, incələnib
BİZİ İZLƏYİN