• Südün daşmaması üçün sadə üsulu

Reseptin məlumatları Baxış sayı: 13 344

Tarix : 24-01-2017, 10:00

Bölmə : Məsləhətlər


Qazınızın korlanmasına, sarı ləkələrin yaranmasına səbəb olan əsas nəsnələrdən biri südün daşmasıdır. Südü odun üzərinə qoyarkən yanından ayrılmırsınız ki, "Bu dəqiqə daşacaq. Həm süd heyf olacaq, həm də qaz ləkələnəcək". Südün "keşiyini şəkib" daşmamasını gözləmək həm sizi yorur, həm də vaxtınızı alır. Amma artıq sadə bir üsulla südün daşmasının qarşısını ala biləcəksiniz.
Daşmaması üçün südü qazana tökmədən öncə qazana kərəyağı sürtməniz kifayət edəcək. Qazanın yuxarısına və yanlarına kərə yağı sürtmək südün daşmasının qarşısını alır.
Gələn dəfə süd qaynadarkən bu üsuldan istifadə edib sınaqdan keçirin.
Etiketlər: südün, qazana, qarşısını, daşmasının, kifayət, kərəyağı, sürtməniz, tökmədən, Daşmaması, üsulla, biləcəksiniz, edəcək, Qazanın, üsuldan, istifadə, sınaqdan, keçirin, qaynadarkən, Gələn, yuxarısına
BİZİ İZLƏYİN