• Ağ təbaşir, şam və gil qablar haqqında bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 12 207

Tarix : 28-01-2017, 19:00

Bölmə : Məsləhətlər


Rütubətdən qorunmanın yolu

Mətbəx şkaflarınızın içi rütubət qoxursa, ağ təbaşir sizi bu problemdən qurtara bilər. Şkafın rəflərinə qoyacağınız təbaşir rütubətin qarşısını alacaq. Qeyd: eyni təcrübəni paltar şkaflarında da istifadə edə bilərsiniz.

Şamlar tez əriyirsə nə etmək olar?

Romantik şam yeməklərinin imtina olunmaz ünsürlərindən olan şamlar tez əriyib, bitirsə, ömrünü uzatmaq üçün soyuducuya qoymağınız kifayətdir. İstifadə etməzdən 2 saat əvvəl soyuducunun buzlu hissəsində saxlayın. Bununla da şamların əriyib süfrə örtüyünü və şamdanı korlamasının qarşısını ala bilərsiniz.

Qablarda ki çatların bərpası

Gil qazanlar və ya boşqablar yeni alınanda kiçik çatlar ucbatından qırılma təhlükəsi qarşısında qalır. Bunun qarşısını almaq üçün istifadə etməzdən öncə ¾ – ünü sirkəli isti suyla doldurun. 24 saat beləcə saxlayın və soyuq su ilə yuyun. Bundan sonra gil qablarınızdan rahatlıqla istifadə edə bilərsiniz.
Etiketlər: bilərsiniz, qarşısını, istifadə, əriyib, saxlayın, təbaşir, etməzdən, çatların, Qablarda, bərpası, alınanda, kiçik, boşqablar, qazanlar, şamdanı, Bununla, hissəsində, şamların, süfrə, çatlar
BİZİ İZLƏYİN