• Soğan qoxusu

Reseptin məlumatları Baxış sayı: 11 256

Tarix : 29-01-2017, 19:00

Bölmə : Məsləhətlər


Mətbəxdə istifadə etdiyiniz bıçaqların əllərinizi kəsməsini istəmirsinizsə, bu alətlərlə istifadə qaydalarına bələd olmalısınız. Bütün ərzaqları eyni bıçaqla deyil, hər qidaya uyğun alətlə doğramalısınız.

“Readers diggest” jurnalının araşdırmasına görə, məqsədinə uyğun olaraq istifadə edilən bıçaqlar xəsarət alma hallarının azaldır.

Doğrama taxtası
Üzərində iş görəcəyiniz doğrama taxtası, hazırlandığı material vacib amillərdəndir. Taxta və plastic doğrama taxtalarından istyifadə etməyiniz məsləhətdir. Şüşə, metal və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza ziyan verir.

İtilənmiş bıçaqlar
İti bıçaqlardan qorxmayın. Çünki bu bıçaqlarla hansısa ərzaqları doğrayarkən istifadə etdiyiniz enerji minimum olur. Küt bıçaqlar isə əksinə, güc tətbiq etdiyiniz üçün əllərinizin kəsilməsinə səbəb olar.

Doğrama üsulları
Mətbəxdə iş görərkən, əllərinizin kəsilməsinə səbəb olan amillərdən ən birincisi yalnış doğrama texnikasıdır. Düzgün doğramaq üçün barmaqlarınızı aşağı doğru əyin və baş barmağınızın kəsilməməsi üçün ehtiyatlı olun.

Bıçaq seçimi
Bıçaqları seçərkən sizə lazım olanını götürün. Bu alətləri alanda, mümkün olduğu əlinizə uyğun olub-olmadığını yoxlamaq üçün, nəisə doğrayın.

Hər ərzağın öz bıçağı
Müxtəlif qidalar üçün ən doğru bıçağı seçin.

Bıçaqların yuyulması
Bıçaqlarınızı çirkli suya qoymayın. Kəskin bıçaqlara qabyuyan maye vuranda, sürüşkən olacaq və əlləriniz üçün təhlükəli alətə çevriləcək. bıçaqları istifadə etdikdən dərhal sonra yuyun, qurulayın.

Yerə düşməsin
İş görərkən bıçağın yerə düşməsindən ehtiyat edin. Çünki bıçaqlar yerə dik formada düşürlər və ayağınızı zədələyə bilərlər.

Bıçaq doğrama alətidir
Bıçaqlarla taxtanın üzərinə yapışıb qalmış ərzaqları götürmək üçün istifadə etməyin. Bu hal bıçağın korşalmasına səbəb olur.
Etiketlər: istifadə, doğrama, bıçaqlar, səbəb, etdiyiniz, uyğun, ərzaqları, kəsilməsinə, əllərinizin, Doğrama, bıçağı, taxtası, Çünki, bıçağın, doğru, Bıçaq, Mətbəxdə, görərkən, ehtiyatlı, ərzağın
BİZİ İZLƏYİN