• Tərəvəz və meyvələri necə bişirək ki, vitaminini itirməsin?!

Reseptin məlumatları Baxış sayı: 12 744

Tarix : 28-04-2017, 10:00

Bölmə : Məsləhətlər


Hansı tərəvəzi yemək daha yaxşıdır? Çiy, qaynadılmış ya qızardılmış? A, D,K və E kimi vitaminlər istiliyə davamlıdır. Digər vitaminlər, B qrupu vitamini və C vitamini kimi bişən zaman qismən dağılır.

Bibər
Bibərlər C, A vitaminləri ilə zəngindir və tərkibində bəzi vitamin qrupları var. Onlar immunitetin artırılması və görmə üçün faydalıdır. Ona görə bibərləri çiy istifadə etmək daha yaxşıdır. Əgər siz bibəri bişirmək istəsəniz onda onları yağda yüngül qızardın. Koreyalı alimlər bibərin müxtəlif hazırlanma qaydalarının təhlilini aparıb və bu qənaətə gəliblər ki, ən çox vitamin itkisi bibərlər qaynadılan zaman baş verir. Halbuki yüngül qızartma və ya sobada bişirmə (190 dərəcə temperaturda 15 dəqiqə ərzində) bu vitaminin az itkisinə gətirib çıxarır (25% -ə qədər).
biber

Soğan
Soğan iltihab əleyhinə xüsusiyyətlərə malikdir və həzm üçün faydalıdır. Soğanın tərkibində C,B6 vitamini və fol turşusu var. Çiy soğan yemək daha yaxşıdır və qırmızı soğan ( vitamin daha çoxdur) arzu olunandır. Əgər siz soğanı bişirmək istəyirsinizsə , onda şəffaf olana qədər bişirmək daha yaxşıdır. Çünki tam qızardılan soğanın çəkisi ən əsası vitamınləri azalır.

Kərəviz
Kərəviz xroniki ağrı və artrit üçün faydalıdır. Kərəvizin tərkibində A,C,K və E vitaminləri var. Onu çiy yemək daha faydalıdır.

Meyvələr
Meyvələr bişdikdə daha çox vitamin itirilər. Sobada bişdikdə vitamin itkisi minimal olur. Amma sözsüz ki, orqanizm üçün ən faydalısı təzə meyvədir.
frukti

Hansı məhsulları bişirmək daha yaxşıdır?

Pomidor
Pomidorun tərkibində likopin maddəsi dərini günəşdən qorumağa kömək edir və qırışların qarşısını alır. O həmçinin ürək üçün faydalıdır və tədqiqatlar iddia edirki,likopin xərçəng xəstəliyinin qarşısını alır.Pomidorun tərkibində A,C və E vitamini var. Hazırlanma prosesində C vitamini azalır, lakin pomidordaki likopin maddəsi əhəmiyyətli dərəcədə artır. Ona görə də pomidoru bişmiş istifadə etmək daha faydalıdır.

Yerkökü
Yerkökü ürək, göz həm də dəri sağlamlığı üçün faydalıdır. Yerkökünün tərkibində beta-karotin çoxdur (A vitamini). Həmçinin, yerkökünün tərkibində E, K, C vitamini və B qrupu vitaminləri (В3 və В6) var. Hazırlanma prosesində yerkökünün tərkibindəki C və B3 vitamini azalsa da, buxarda bişmiş yerkökükünün tərkibindəki beta-karotin orqanizmdə daha yaxşı həzm olunur.

Kartof, çuğundur
Kartof və çuğunduru közləmə şəkilində yemək tövsiyyə olunur. Qaynadılan zaman bu tərəvəzlər çox vitamin itirsələr də, közləmə və sobada bişirilən zaman faydaları daha çox artır.

Tərəvəzlərlə hazılanan müxtəlif yemək reseptləri mövcüddur və hazırlanma metodunun seçilməsi şübhəsiz ki, sizin fərdi zövqünzüdən asılıdır. Onu da unutmayaq ki, faydalı yemək həm də ləzzətli olmalıdır.
Etiketlər: vitamini, faydalıdır, tərkibində, yemək, vitamin, yaxşıdır, zaman, bişirmək, vitaminləri, likopin, artır, sobada, Yerkökü, bişmiş, yerkökünün, müxtəlif, Kartof, hazırlanma, olunur, qədər
BİZİ İZLƏYİN