• Ədviyyatlardan düzgün istifadə etməyi öyrənək

Reseptin məlumatları Baxış sayı: 12 040

Tarix : 19-11-2016, 19:00

Bölmə : Məsləhətlər


Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını bizimlə öyrənin. Hansı ədviyyatı hansı yeməklərə vurmaq lazım olduğunu tam əzbərləyənədək siyahını əlinizin altında saxlayın.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu

Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan

Qril (izaqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil

Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon

Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd

Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan

Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə

Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana

Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə

İsti süd üçün: zərdəçal, zəfəran, darçın
Etiketlər: kəklikotu, mixək, keşniş, soğan, zəncəfil, yarpağı, dəfnə, zərdəçal, darçın, toxumu, istiot, qırmızı, bibər, kimyon, bibəri, sarıkök, şüyüd, razyana, apelsin, bişmələri
BİZİ İZLƏYİN