• Meyvə tərəvəzlərin qorunub saxlanılması haqqında faydalı məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 16 305

Tarix : 24-11-2016, 09:00

Bölmə : Məsləhətlər


Meyvələri əvvəlcədən yuyub soyuducuya qoymayın. İstifadə etdikcə yuyun. Çünki nəm çürüməni sürətləndirir.

Meyvə və tərəvəzləri bir yerdə saxlamayın. Meyvələri ayrı, tərəvəzləri ayrı saxlayın. Çünki bəzi meyvələr özündən etilen qazı buraxır, bu da tərəvəzlərin daha tez xarab olmasına səbəb olur.

Meyvə və tərəvəzləri dəlikli qablarda soyuducuda saxlamaq olar.

Meyvə və tərəvəzlərin heç də hamısını soyuducuda saxlamaq lazım deyil. Bəzi meyvə və tərəvəzləri otaq temperaturunda da saxlamaq olar. Kartof, soğan, sarımsağı soyuducuya qoymaq olmaz. Bunları dəlikli qablarda, Günəş işığı düşməyən, sərin otaqda saxlamaq lazımdır. Pomidor və xiyar da 4-5 günə istifadə ediləcəksə, otaq temperaturunda saxlanıla bilər. Banan kimi meyvələr isə 2-3 gün ərzində yeyiləcəksə, otaq temperaturunda təzə qala bilər. Qabıqları qaralsa, içi daha uzun müddət sərt qalacaq.

Göbələkləri kağız torbada soyuducuya qoyun. Hava keçirməz bir qabda saxlamaq nəmlənməsinə və kiflənməsinə səbəb olar.

Ənginar, quşqonmaz, kərəviz kimi tərəvəzlərin tərkibində olan suyun azalıb təzəliyini itirməməsi üçün soyuducuda saxlanması daha faydalıdır.

Göy-göyərti də tez xarab olan qidalar sırasındadır. Bəzi xanımlar göyü təmizləmədən süfrəyə büküb soyuducuda saxlayırlar. Bəziləri isə təmizlədikdən sonra suyunun çəkilməsini gözləyib, süfrəyə büküb, ya da balona yığıb, ağzını rezin qapaqla bağladıqdan sonra soyuducuya qoyurlar. Hər iki üsulda göy öz təravətini bir neçə gün saxlaya bilir.
Etiketlər: saxlamaq, tərəvəzləri, soyuducuya, soyuducuda, Meyvə, temperaturunda, tərəvəzlərin, büküb, xarab, səbəb, qablarda, Meyvələri, meyvələr, sonra, süfrəyə, dəlikli, bilər, Çünki, itirməməsi, təzəliyini
BİZİ İZLƏYİN