• Ətləri necə və nə qədər müddət ərzində saxlaya bilərik?

Reseptin məlumatları Baxış sayı: 11 885

Tarix : 24-11-2016, 15:00

Bölmə : Məsləhətlər


Ətlər soyuducunun ən soyuq hissəsində 2 ilə 4 dərəcə arasında saxlanmalıdır. Çiy ətləri bir qaba qoyduqdan sonra plastik bir paketin içinə qoyun ki suları axıb digər ərzaqlara bulaşmasın. Əgər əti aldıqdan sonra 1-2 gün içində istifadə etməyəcəksinizsə ət paketini bir dəfə də alüminium folyoya büküb buzxanaya qoyun və üzərinə qablaşdırdığınız tarixi yazın. Qırmızı çiy ət soyuducunda ən çox 3-4 gün saxlanmalıdır. Sosiska və kolbasa paketi açıldıqdan sonra 5 gün, hisə verilmiş ətlər 1 həftə saxlana bilər. Qırmızı ət buzxanada 6-12 ay, sosiska ve kolbasa 1-2 ay saxlana bilər. Hisə verilmiş ətləri dondurmaq çox yaxşı bir fikir deyil. Aldığınız qiymənin hamısını istifadə edə bilməyəcəksinizsə, qovurub kiçik qablara yığaraq buzxanada saxlaya bilərsiniz. Hətta soğanla qovursanız yemək hazırlayacağınız zaman sizə lazım olar. Əgər dondurmayacaqsınızsa, toyuğu istifadə etmə tarixindən əvvəl istifadə etməlisiniz. Bişmiş hinduşqa və ya toyuq əti 3-4 gün içində istifadə edilməli ya da dondurulmalıdır. Toyuq və hinduşqa əti buzxanada 9-12 aya qədər saxlana bilər.
Etiketlər: istifadə, sonra, bilər, saxlana, buzxanada, verilmiş, qoyun, içində, kolbasa, hinduşqa, saxlanmalıdır, ətləri, Qırmızı, saxlaya, yığaraq, kiçik, qablara, qiymənin, deyil, fikir
BİZİ İZLƏYİN