• Mətbəx sirrləri

Reseptin məlumatları Baxış sayı: 12 110

Tarix : 1-12-2016, 19:00

Bölmə : Məsləhətlər


Toyuğun sobada yaxşı qızarması üçün bişirərkən üzərinə sürtdüyünüz yağa bir miqdar şəkər tozu əlavə edin.

Balığı 15 dəqiqə duzlu suda saxlasanız qızardanda dağılmaz.

Balığınızın çıtır-çıtır olması üçünsə, əvvəl südün içinə batırın, sonra unlayıb tavada qızardın.

Çaya basqa bir dad və qoxu qatmaq istəyirsinizsə, quru çayın içərisinə bir dilim alma və ya portağal qabığı atın.

Evdə hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökən zaman, şokolada bir az da kərə yağı qatın. Yağ şokoladı daha da yumşaldıb keksə ayrı bir dad verəcək.

Əti qaynadarkən içərisinə bir parça kömür atsaz, ət tez yumşalar və evdən yemək qoxusu gəlməz.

Qab dəstinizin içərisində hansısa çatlayıbsa, onu atmağa tələsməyin. Qabın sınmasının qarşısını almaq üçün onu bir qazana qoyub, üzərinə üstü örtülənə qədər süd tökün. Zəif odda 45 dəqiqə qaynadın və soyumağa qoyun. Çatlardan əsər-əlamət qalmayacaq.

Yeməyin daşmaması üçün içərisinə taxta qaşıq qoya bilərsiz.

Mikseri istifadə etdikdən sonra təmizləmək üçün plastik qaba qaynar su əlavə edin və mikseri bu qaynar suda işlədin.

Taxta lövhələri limonla silmək lazımdır. Bunun üçün limonu ikiyə bölüb, çirkli səthə çəkib, 20 dəqiqə gözləyin. Sonra lövhəni yaxalayaraq, istifadə edin.

Çörəyi kiflənməkdən qorumaq üçün, çörək qabına duz qoyun. O nəmliyi özünə çəkəcəkdir.
Etiketlər: dəqiqə, içərisinə, üzərinə, qaynar, sonra, istifadə, əlavə, çıtır, qoyun, qaşıq, bilərsiz, sınmasının, taxta, daşmaması, Mikseri, Qabın, tələsməyin, plastik, təmizləmək, etdikdən
BİZİ İZLƏYİN