• Tort keksini yaxşı qabartmaq üçün 3 yol

Reseptin məlumatları Baxış sayı: 15 269

Tarix : 9-12-2016, 10:00

Bölmə : Məsləhətlər


1: Yumurtaları otaq temperaturunda saxlamaq ya da çırpmazdan 15 dəqiqə əvvəl soyuducudan çıxarıb kənara qoymaq lazımdır. Əsas məsələ yumurtanın ağı ilə sarısını ayırıb hər birinin ayrı-ayrı yaxşıca çırpmaqdır. Tort üçün nəzərdə tutulan şəkər tozunu da yarıya bölüb yumurtanın ağı ilə sarısında ayrı ayrı çırpmaq lazımdır. Bu zaman onun həcmi 2 qat artmış olar. Çırpdığınız zaman yumurtanın ağına sarısının qarışmamağına diqqət etmək lazımdır çünki ağının yaxşı qabarmağına mane ola bilər.

2: Tortun quru ləvazimatlarını da yumurtanın ağı və sarısı qarışımına əlavə edib 2-3 dəfə qarışdırırıq.

3: Sobadan necə istifadə etməliyik ? 160-165 dərəcəli sobaya keksimizi yerləşdiririk,keksimizin hər tərəfinə eyni dərəcədə istilik yayılacaq. 1 saat müddətində qapağının açılmaması məsləhət görülür. Əlbəttə kontrol sizin əlinizdədir
Etiketlər: yumurtanın, lazımdır, zaman, əlavə, qarışdırırıq, Sobadan, dərəcəli, etməliyik, istifadə, qarışımına, qabarmağına, yaxşı, ağının, bilər, Tortun, sarısı, ləvazimatlarını, sobaya, yerləşdiririk, görülür
BİZİ İZLƏYİN