• Çörək niyə soyuducuda saxlanılmamalıdır?

Reseptin məlumatları Baxış sayı: 2 627

Tarix : 13-02-2018, 18:00

Bölmə : Məsləhətlər


Əgər çörəyi soyuducuda saxlayanlardansınızsa, bu yazı fikrinizi dəyişdirə bilər.

Təzə qalması üçün çörəyi soyuducuda saxlayırsınızsa, xəbərimizi oxuduqdan sonra bir daha düşünün. Soyuducuya qoymaq çörəyinizi köhnəlmiş hala gətirir.

Soyuducu dedikdə qoyduğumuz hər qidanı təzə şəkildə saxlayan bir mətbəx avadanlığını nəzərdə tuturuq. Bəli, bu doğrudur. Ancaq çörəkdə bu belə deyil. Çörəyi soyuducuya qoymaq heç də düşündüyünüz kimi onu təzə saxlamır. Çörək soyuducuya qoyulub soyumağa başladığı zaman içərisindəki karbohidrat molekulları quruyur və kristallaşır. Su molekulları karbohidrat molekullarından ayrılmağa başlayır. Bu, çörəyin köhnəlməsinə səbəb olur. Dondurucuya qoyulduqda isə çörək donur və bu kristallaşma yavaşlayır. Bu soyuducu bölməsində daha sürətli baş verir. Bu səbəbdən də çörəyi mətbəxdə üstü örtülü şəkildə saxlayaraq 4 gün içərisində yemək, geri qalanını isə yeyilməyəcəksə, dondurucuya qoyub dondurmaq daha yaxşıdır. İstəyirsinizsə, soyuducudakı çörəyinizi çıxarın. Yenə də seçim sizindir.
Etiketlər: çörəyi, soyuducuya, çörəyinizi, karbohidrat, molekulları, qoymaq, şəkildə, soyuducuda, qoyulduqda, Dondurucuya, çıxarın, çörək, donur, yavaşlayır, kristallaşma, səbəb, çörəyin, molekullarından, kristallaşır, sizindir
BİZİ İZLƏYİN