• Çiyələyin kiflənməsinin qarşısını necə almaq olar?

Reseptin məlumatları Baxış sayı: 2 809

Tarix : 4-07-2018, 18:00

Bölmə : Məsləhətlər


Bazardan aldığınız təbii çiyələyin bir gündə kiflənib xarab olmasının qarşısını ala bilərsiniz. Necə? Cavabı məqaləmizdə.

Təbii meyvə və tərəvəzlər tarlada və depoda qoruyucu kimyəvi maddələrə məruz qalmadığı üçün daha asan xarab olur və kiflənir. Ümumiyyətlə xarab olmağa səbəb bakteriyalar, kiflənmənin səbəbi isə kif sporlarıdır.

Kif sporları gözlə görülmür, ətri yoxdur və çox kiçikdir. Adətən, havada asılı vəziyyətdə olur və ora-bura qonur. Amma qonduğu yer təsadüfən əlverişli xüsusiyyətlərə sahibdirsə, orada çoxalmağa başlayır. Kifin çoxalması üçün bol qida, yüksək nəm və sabit temperatur lazımdır. Meyvə səthləri də, adətən, bu şəraiti mükəmməl təmin edir. Xüsusilə də soyuducuya qoyularsa.

Bəs kifin qarşısını necə almaq olar? Təbii ki, sirkə ilə. Aldığınız meyvələrin kiflənməsinin qarşısını almaq üçün aşağıdakı üsul olduqca uğurludur. Kiflənməni tamamilə sonlandırmır, amma meyvənin uzun müddət sağlam qalmasını təmin edir:

- Meyvələri alan kimi yaxşıca yuyun, sonra böyük qaba yerləşdirin.

- Qabın içinə 8 stəkan su, 1 stəkan alma sirkəsi qoyun. Əgər meyvələri örtəcək qədər məhlul əldə edə bilmədinizsə, ölçünü artıra bilərsiniz.

- Meyvələri əliniz ilə qarışdırın və bu suda 20 dəqiqə saxlayın.

- 20 dəqiqə sonra meyvələri quru bir dəsmala yayaraq tamamilə qurudun.

- Quruduqdan sonra meyvələri bir qabda soyuducuya yerləşdirə bilərsiniz.
Etiketlər: qarşısını, meyvələri, xarab, bilərsiniz, sonra, almaq, Meyvələri, stəkan, tamamilə, Təbii, dəqiqə, təmin, soyuducuya, qalmasını, Kiflənməni, müddət, meyvənin, uğurludur, sonlandırmır, sağlam
BİZİ İZLƏYİN