• Bəzi mətbəx incəlikləri

Reseptin məlumatları Baxış sayı: 5 367

Tarix : 17-08-2018, 18:00

Bölmə : Məsləhətlər


Dadlı yeməklər bişirmək asan iş deyil. Bu işin olduqca çox incəlikləri var. Bu incəliklərdən bəzilərini sizə təqdim edirik.

1. Hər bir evdar xanımın mətbəxində bir neçə taxta və yaxşı bıcaq dəsti olmalıdır - çörək üçün ayrı, tərəvəzlər üçün ayrı, ət üçün ayrı.

2. Makaron bişirdikdə böyük qazandan istifadə edin. Dadlı və xoş görünüşə malik olan makaronu bişirmək üçün 1/2 l makaron üçün 5 l su götürün.

3. Xəmiri çox yoğurmayın. Bu halda xəmir rezin kimi alınır.

4. Ət, tərəvəzlər və s. qızardanda əvvəl tavanı yaxşı qızdırın və yalnız sonra tavaya yağ tökün. Yağı dağ edin.

5. Borş bişirdikdə dəfnə yarpaqlarını yeməyə bişənə yaxın salın və sonra çıxardın. Dəfnə yarpaqları borşda qaldıqda yeməyin dadını pisləşdirir.

6. Hər hansı yeməyə sarımsağı oddan götürənə yaxın tökün. Sarımsağı xırda doğramayın, 3-4 hissəyə bölün və yeməyə əlavə edin.

7. Ət və kotlet qızardanda tez-tez çevirməyin. Tez-tez çevirəndə ət quru və bərk alınır. Əti yalnız 1 dəfə çevirmək olar.

8. Yumurtanı çalanda bir az soyuq su əlavə edin. Yumurta daha yaxşı çalınar.
Etiketlər: yeməyə, yaxşı, yaxın, tərəvəzlər, alınır, tökün, qızardanda, sonra, yalnız, Dadlı, əlavə, bişirdikdə, bişirmək, çevirmək, bişənə, salın, çıxardın, Dəfnə, Yumurtanı, yarpaqları
BİZİ İZLƏYİN