• Moruq mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 67 612

Tarix : 3-05-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 kq morux
800 qr şəkər

Hazırlanması:
Moruğun cecəyini təmizləmək (mən moruğu yumuram) və ləyənə yığmaq.
Üstündən şəkəri səpmək və 1-2 saat saxlamaq. Üstünə təmiz bez örtün ki toz senməsin.
Sonra zəif od üstünə qoyun və ara bir çalxalayaraq (qarışdırmaq olmaz) şəkərin tam əriməsini gözləyin.
Elə ki şəkər tam əridi, görəcəksiz üstü ordan - burdan poqquldamaya başlayır. Onda altını qaldırın və güclü od üstündə 15 dəq qaynadın.
Mən morux mürəbbəsini 2-3 dəfəyə qaynatmıram məsələn ərik mürəbbəsi kimi, onsuzda ancaq soyuqdəymə zamanı yada düşür, adi günlərdə bizdə morux mürəbbəsi getmir.
Vaxt tamam olduqda ocağın altını keçirin. Ləyəni iki tərəfdən götürün və ehtiyatla çalxalayın, bütün kəf ortaya yığılacaq, kəfkirlə yığın və atın.
Biraz soyusun, üstünə təmiz bez örtün və bir gecə şirənin içində saxlayın.
Səhərisi gün bankalara doldurun, diqqət edin arada hava qalmasın, ağzını bağlayıb tərs çevirin və 10 dəq belə vəziyyətdə saxlayın, içindəki hava yuxarı çıxsın, həmdə qapağın arasında əgər hava keçirən yer varsa oranı şirə tutacaq kley kimi və artıq hava bankaya dolmayacaq.
Sonra düz çevirin və sərin yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: saxlayın, morux, Sonra, çevirin, üstünə, təmiz, şəkər, mürəbbəsi, örtün, altını, yığın, şirənin, Səhərisi, içində, soyusun, Biraz, yığılacaq, tərəfdən, Ləyəni, keçirin
BİZİ İZLƏYİN