• Qaynatmadan hazırlanan heyva konservası resepti

Reseptin məlumatları Baxış sayı: 3 079

Tarix : 19-02-2019, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd iri heyva,
6 stəkan su,
1 su stəkanı şəkər,
bir az limon suyu.

Hazırlanması:
Heyvaları təmiz-təmiz yuyun.
Suyunu silin.
Heyvaların qabığını soymayın.
Hazır heyvaları doğrayın.
Doğradığınız zaman heyvanın çəyirdəklərini təmizləyin.
Digər yanda isə iri bir qazanda suyu qoyun.
Qazandakı suyun içinə limon suyunu, şəkəri əlavə edib qaynamağa qoyun.
Suyu 10 dəqiqə qaynadın.
10 dəqiqə qaynadıqdan sonra heyvaları da suyun içinə atın.
Heyvaları da bu suda 10-15 dəqiqəyə yaxın bişirin.
Heyvalar qaynamağa davam edərkən isti su ilə çalxaladığınız bankalara bişmiş heyvaları suyu ilə birlikdə doldurun.
Bankaların ağzını möhkəm bağlayıb düz bir yerdə hər hansı bir pambıq parçanın üzərinə tərs çevirin.
Bankalar tamamən soyuduqdan sonra günəş görməyən bir yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: heyvaları, suyun, qoyun, içinə, dəqiqə, yerdə, sonra, qaynamağa, limon, Heyvaları, təmiz, birlikdə, doldurun, Bankaların, bişmiş, bankalara, Heyvalar, bişirin, davam, edərkən
BİZİ İZLƏYİN