• Şaftalı mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 3 182

Tarix : 13-07-2019, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq sərt təzə şaftalı,
1 kq toz şəkər,
1 şirniyyat qaşığı kərə yağı,
1 ədəd çubuq darçın,
Yarım limon suyu.

Hazırlanması:
Mürəbbəni bişirmək üçün əvvəlcə şaftalıları yuyub suyunu süzün. Çalışın mümkün olduğu qədər quru olsun.
Sonra yuyulub qurudulan şaftalıların qabıqlarını soyun.
Öz istəyinizə görə istənilən formada, ölçüdə doğraya bilərsiniz.
Bundan sonra doğradığınız şaftalıları mürəbbə bişirəcəyiniz qazana yığın.
Doğradığınız şaftalının üzərinə şəkər tozu əlavə edin. Sonra qazanın qapağını örtün və doğranmış şaftalının şəkər tozunu “yeməsi” üçün bir gecə soyuducuda saxlayın.
Ertəsi gün içərisində şəkərli şaftalı dilimləri olan qazanı ocağa alın və orta temperaturda qaynamağa qoyun.
Şaftalı mürəbbəsi qaynamağa başladıqdan sonra ocağın altını azaldın. Mürəbbəni vam odda bişirin.
Bəs kərə yağını nə üçün istifadə edirik? Kərə yağı şaftalı mürəbbəsinə əlavə edildiyi zaman Mürəbbə bişirmə vaxtı köpüklənmir və parlaq olur. Köpüklənməməsi və mürəbbənin parlaq olması üçün içərisinə kərə yağı əlavə edin.
Əgər köpüklənərsə köpükləri qaşıqla təmizləyin. Çalışın ki mürəbbənin içərisində köpük heç qalmasın.
Mürəbbə bişərkən hazırladığınız darçın çubuğu da buraya əlavə edin. Darçın da mürəbbənin içərisində 10-15 dəqiqə gözlədikdən sonra içərisindən çıxardın. Mürəbbənin içərisində uzun müddət gözlətməyin.
Qatılaşana qədər qaynadılan şaftalı mürəbbəsinə limon suyu əlavə edib 5 dəqiqə daha qaynadın və ocağın üzərindən alın.
Hazır şaftalı mürəbbəsini otaq temperaturunda soyumağa qoyun.
İlıq olandan sonra şüşə bankaya yığıb qapağını möhkəm hermetik şəkildə bağlayın. Ağzı möhkəm bağlanan mürəbbəni sərin, quru və birbaşa günəş şüalarının təsir etmədiyi bir yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, şaftalı, sonra, içərisində, mürəbbənin, şəkər, qoyun, qədər, dəqiqə, möhkəm, şaftalının, saxlayın, Çalışın, qaynamağa, qapağını, Sonra, ocağın, darçın, Mürəbbə, mürəbbəsinə
BİZİ İZLƏYİN